Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:33

Həbsxanalarda 18 yoluxma qeydə alındığı deyilir


Ilham Əliyevə müraciət: "Vəziyyət acınacaqlıdı"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Ilham Əliyevə müraciət: "Vəziyyət acınacaqlıdı"

Cəzaçəkmə müəssisələrində yoluxanların sayı 18 nəfərdir. Bu haqda prezidentin köməkçisi Hikmət Hacıyev iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində 11, 14 saylı Cəzaçəkmə Müəssisəsində beş, 4 saylı Cəzaçəkmə Müəssisəsində iki nəfər COVID-19-a yoluxub.

H.Hacıyev həmin şəxslərdən ikisinin vaxtından əvvəl şərti azadlığa buraxıldığını və TƏBİB-ə təhvil verildiyi bildirib.

O, Penitensiar Xidmətin əməkdaşları arasında da yoluxma qeydə alındığını söyləyib.

Məhbuslar arasında koronavirus yayıldığı bildirilir

2 saylı Cəzaçəkmə Müəssisəsində koronavirusa yoluxma əlaməti olan məhbusların olduğu iddia edilir.

Bu barədə "Turan"a cəzaçəkmə müəssisəsində saxlanılan məhbusların yaxınları məlumat verib.

Məlumata görə, məhbuslarda kütləvi şəkildə qızdırma, halsızlıq və öskürək müşahidə olunur.

"Bu gün "səhər razvodunda" bir neçə məhbus huşunu itirib. Qohumumuz deyib ki, kimə baxırsan, qızdırmalı, halsızdır. Vəziyyət ciddi olduğuna baxmayaraq məhbusları yoxlamırlar, testdən keçirmirlər və müalicə etmirlər, adi maska belə vermirlər", - məhbus yaxınlarından biri söyləyib.

13 saylı Cəzaçəkmə Müəssisəsində də məhbuslar arasında koronavirusa yoluxmanın müşahidə edildiyi haqda məlumatlar gəlməkdədir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətindən Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etməyə məsləhət görüblər.

Baş Tibb İdarəsindən isə münasibət öyrənmək mümkün olmayıb.

Mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə 46 məhbusun koronavirusa yoluxduğunu bildirmişdi. Ədliyyə Nazirliyi isə 13 saylı Cəzaçəkmə Müəssisəsində yoluxanların karantinə götürüldüyünü, durumlarının sabit olduğunu bəyan etmişdi. Həmçinin, penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyi deyilmişdi.

Prezident İlham Əliyev aprelin 6-da koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı 176 məhbusun azad edilməsi barədə əfv sərəncamı imzalamışdı.

Bu günlərdə vətəndaş cəmiyyətinin fəalları daha çox məhbusu əhatə edəcək amnistiya aktının hazırlanması və ya əfv sərəncamının imzalanması üçün prezidentə müraciət ediblər. "COVID-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər", - məlumatda deyilirdi.

XS
SM
MD
LG