Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:30

Saxta dərman qaçaqçılığı artıb


Keniyada qrafiti

COVID-19 pandemiyası ilə mübarizədə dərman məhsullarına tələbatın artması standarta uyğun olmayan, saxta məhsulların qaçaqçılığını genişləndirib. Bunu BMT-nin Dərman və Cinayətkarlıqla mübarizə İdarəsi (UNODC) bu gün yaydığı tədqiqatında bildirir.

Qurum qeyd edir ki, virus belə məhsulların hazırlanması və qaçaqçılığını önləyəcək hüquqi çərçivədəki boşluqlara bir daha işıq salıb.

“Cinayətkarlar COVID-19 böhranından istifadə edərək ictimai narahatlıqdan pul çıxarmağa çalışdıqca səhiyyə və həyatlara risk yaranır”, – UNODC-nin Baş direktoru Ghada Waly vurğulayıb.

Hesabatda qeyd olunur ki, mütəşəkkil qruplar virus ətrafında qeyri-müəyyənlikdən faydalanaraq tibb məhsullarına tələbatdakı boşluğu doldurmağa çalışırlar. Tibb məhsullarının saxtalaşdırılması isə ictimai səhiyyəyə ciddi risk yaradır.

Məsələn, Almaniyanın səhiyyə orqanları İsveçrə və Almaniyada iki satış şirkətilə 15 milyon avro dəyərində üz maskasının təchizatı üzrə kontrakt bağlayıb. Bu əlaqə özünü İspaniyada mənzillənən, legitim təsiri bağışlayan şirkətin vebsaytı vasitəsilə yaradılıb. Əslində isə məhsulun saxta olduğu üzə çıxıb.

UNODC hökumətləri hüquqi çərçivələri və cərimələri artırmağa çağırır.

XS
SM
MD
LG