Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:40

'Bakıda xəstəxanaların 80-90%-i dolub'


COVİD-19

Xəstəxanaların 80-90%-i dolub

Rayonlarda xəstəxanaların doluluq faizi 25-30% olduğu halda, paytaxtda bu, 80-90% təşkil edir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

R.Bayramlının sözlərinə görə, ümumi yoluxanların 57 faizi Bakının payına düşürsə, bu göstərici Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə isə 3% təşkil edir: "Aktiv xəstələrin 38%-i hazırda müalicəsini ixtisaslaşmış xəstəxanalarda davam etdirir. Oğuz, Ucar, Daşkəsən, Zərdab və bir sıra ərazilərdə vəziyyət qənaətbəxş olsa da, arxayınlaşmaq olmaz".

TƏBİB rəhbəri əlavə edib ki, "sarı zona"ya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir.

"Karantin olmasaydı…"

Hazırda COVID-19-a yoluxmuş xəstələrdən 59 nəfər süni tənəffüs aparatına qoşulub, 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır.

Bunu Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Azərbaycanda karantin rejimi tətbiq edilməsəydi, yoluxma sayı üç-beş qat artıq olardı.

R.Bayramlı həmçinin bildirib ki, ekspertlər payız-qış aylarına ciddi hazırlıq aparılmasını tövsiyə edirlər. Onun sözlərinə görə, həmin vaxt mövsümi xəstəliklər aktivləşir və onların bəzisinin simptomları COVID-19 simptomlarına bənzəyir.

583 yoluxma, 7 ölüm

İyulun 3-də Azərbaycanda 583 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in rəhbəri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə. COVID-19-a yoluxan 395 nəfər sağalıb.

Rəsmi məlumatda indiyədək ölkədə 19 mindən çox insanın infeksiyaya yoluxduğu, 235 nəfərin yoluxma nəticəsində həyatını itirdiyi bildirilir.

XS
SM
MD
LG