Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:33

Bu tədris ilində daha dərs olmayacaq


Yeni metodlarla dərs deyən astaralı müəllim
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Yeni metodlarla dərs deyən astaralı müəllim

"Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur".

Bu barədə bugün, mayın 1-də Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda bildirilir.

Məlumatda yazılıb ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mayın 31-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Açıqlamaya görə, bu qərara uyğun olaraq ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin aparılması, birinci sinfə qəbulun, buraxılış, qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkilinə dair məlumat növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

Bura habelə, dövlət qulluğuna qəbul, müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatlar da daxildir: "1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur".

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 234 mindən çox şəxsin (Azərbaycanda 25) vəfat etdiyi bildirilir.

Bununla bağlı əksər ölkələrdə məhdudlaşdırıcı tədbirlər görülüb. Azərbaycanda da martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.

XS
SM
MD
LG