Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Diri heyvanların gətirilməsinə qadağa götürüldü


Ferma

Diri heyvan və ya heyvan mənşəli məhsulların Azərbaycana idxalına tətbiq edilmiş bir sıra məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə bugün, aprelin 17-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilir.

Məlumatda yazılıb ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş verən xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Qeyd edildiyinə görə, eyni zamanda, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub: "Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb...".

Bundan əvvəl quş qripi, dabaq, çiçək və başqa bir sıra xəstəliklərlə bağlı bəzi ölkələrdən diri heyvan, heyvan mənşəli məhsulların idxalına məhdudiyyətlər qoyulmuşdu. İndi bu məhdudiyyətlər götürülür.

Ekspertlər düşünür ki, dünyada yeni koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da karantin rejiminin mövcud olduğu bir vaxtda bu qərar ət və ət məhsullarının bahalaşmasının qarşısını ala bilər.

Multimedia

XS
SM
MD
LG