Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:28

Yel çərşənbəsi də gəldi


Səməni

Bu gün, martın 10-u Yel çərşənbəsidir.

Yel çərşənbəsi xalq arasında «Külək oyadan», «Küləkli çərşənbə» kimi tanınır.

Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq mərhələsi sayılır. Bunda ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlara təzə paltar geyindirər, qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görürlər.

Yel çərşənbəsi günü də tonqallar qalanır, evlərdə süfrəyə daha çox quru meyvə qoyulur.

Azərbaycanda bu il martın 17-də axırıncı - Torpaq çərşənbəsi olacaq. Fevralın 25-də ilk- Su çərşənbəsi qeyd edilib. Martın 3-də Novruzun ikinci- Od çərşənbəsi olub.

Adət və inanca görə, Novruz bayramından öncəki dörd çərşənbə beləcə xüsusi qeyd edilir.

2020-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq.

Bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, 20-26 mart tarixləri rəsmi qeyri-iş günləri olacaq.

Bu il dünyadakı yeni koronavirus təhlükəsiylə bağlı Azərbaycanda bir sıra kütləvi şənliklər, toplantılar, konsert proqramları ləğv edilib. Bununla bağlı Mədəniyyət Nazirliyi qərar verib.

Multimedia

XS
SM
MD
LG