Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Mart, şənbə, Bakı vaxtı 23:55

Məmməd İbrahim: 'AXCP üzvü olduğumu biləndə tutdular'


M.İbrahim

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim deyir ki, fevralın 26-da Milli Şura ilə Xocalı abidəsini ziyarət edən vaxt səhhətində problem yaranıb. Kəskin ağrıları başladığını deyən AXCP funksionerinin sözlərinə görə, partiya yoldaşları onu maşına qoyub xəstəxanaya çatdırmaq istəyib.

«Həmin vaxt yol bağlı olduğundan polislərdən xahiş etdik ki, bizi buraxsınlar. AXCP üzvü olduğumuzu biləndə əksinə, bizi tutdular», - M.İbrahim martın 4-də məhkəmədə danışıb.

Bakı Apellyasiya Məhkəməsində M.İbrahimin 10 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Onun vəkili Elçin Sadıqov deyib ki, hər il fevralın 26-da Xocalı faciəsinin ildönümündə abidə ziyarət olunur. Ancaq son illərdə ziyarət zamanı müxalif fəallara maneələr yaradılır. Bu cür maneələrin insanların sərbəst toplaşmaq azadlığına zidd olduğunu vurğulayan vəkil məhkəməyə internetdə yayımlanmış materialların linklərini təqdim edib. Həmin materiallara baxılmasını istəyən vəkil bildirib ki, o görüntülər də onun dediklərini təsdiqləyir.

Xocalı mərasimində yenə müxalifətlə polis arasında gərginlik yarandı..
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

M.İbrahimin həbsinə gəlincə, E.Sadıqov bildirib ki, onun polisə müqavimət göstərməsi haqda ittiham da, haqqında çıxarılmış məhkəmə qərarı da əsassızdır. O, AXCP fəalı olduğuna görə saxlanılıb.

Vəkil onun haqqında məhkəmə qərarının ləğvini istəyib.

Ancaq hakim Rəşad Abdulov apellyasiya şikayətini təmin etməyib. Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

M.İbrahim fevralın 26-da saxlanıb. Ona Xətai Rayon Məhkəməsinin qərarıyla 10 gün inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsiylə təqsirli bilinib.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, M.İbrahim həbs olunarkən partiyanın başqa bir funksioneri Asif Yusifli də onun yanında - maşında olub. Onu da saxlayıblar. Lakin ikinci qrup Qarabağ əlili olduğunu bilib, bir müddət sonra onu buraxıblar.

XS
SM
MD
LG