Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Aprel, çərşənbə, Bakı vaxtı 06:46

Həcc ziyarətində yenidən bahalaşma


Məkkə

Azərbaycandan Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu başlayıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

Məlumatda görə, müraciətlər və sənədlərin qəbulu yanvarın 24-dən başlanıb və mayın sonuna kimi davam etməsi nəzərdə tutulur.

QMİ-dən həmçinin qeyd edilib ki, Həcc ziyarətinin 2020-ci il iyulun 20-dən avqustun 15-nə kimi gerçəkləşəcəyi gözlənir.

İdarədən verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1500 nəfər təşkil edir. Ziyarətin qiymətinin isə 4490 ABŞ dolları olacağı bildirilir.

2019-cu ildə bir nəfər üçün Həcc ziyarətinin 4225 olduğu açıqlanmışdı. 2018-ci ildə isə bu, 4150 dollar müəyyən edilmişdi.

Xatırlatma

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

XS
SM
MD
LG