Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 05:04

ABŞ Nəcəfdə etirazçılara zorakılıqdan ‘qəzəblənib’


Nəcəfdə etirazlar

Vaşinqton İraqın Nəcəf şəhərində etirazçılara qarşı zorakılıqdan “qəzəblənib”. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo deyir. O, Bağdadı “qanuni şikayətləri dərhal araşdırmağa” çağırıb.

Pompeo bu bəyanatı fevralın 6-da səsləndirib. Bundan bir gün öncə isə nüfuzlu şiə ruhanisi Muqtada al-Sadr-ın tərəfdarları şəhərin cənubunda hökumətə qarşı etiraz kampına basqın edib, kampı mümayişçilərdən təmizləmək istəyib. Azı 8 iraqlı etirazçı öldürülüb.

Populist Sadr ilkin olaraq nümayişçiləri dəstəkləyirdi, amma son günlər onlardan uzaqlaşıb, ölkənin baş naziri olacaq Mohammed Tawfiq Allawi-nin tərəfini saxlamağa başlayıb.

Əvvəllər İraqa istənilən xarici müdaxiləyə qarşı çıxdığını deyən Sadr son aylar Tehranın dəstəklədiyi partiyalara yaxınlaşıb. İranın İraqda şiə əhalisi üzərində nüfuzu böyükdür, bu ölkədəki güclü hərbi qruplaşmaların arxasında durur.

Bağdad isə Tehran və Vaşinqtonla münasibətlərini balanslaşdırmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG