Keçid linkləri

Təcili xəbərlər
2020, 10 İyul, Cümə, Bakı vaxtı 13:49

Pompeo Özbəkistandadır


Mike Pompeo Abdulaziz Kamilov ilə mətbuat konfransında

ABŞ-ın Dövlət katibi Mike Pompeo Şərqi Avropa və Orta Asiya səfərinin sonuncu günü Özbəkistana gedib.

Özbəkistanın Xarici işlər naziri Abdulaziz Kamilov fevralın 3-də Daşkənddə Pompeo ilə danışıqlardan sonra deyib ki, ölkəsi qonşu Əfqanıstandakı durum, eləcə də digər sahələrdə əlaqələrin inlişafıyla bağlı fəaliyyətini koordinasiya edəcək.

“Vaşinqton ötən il Özbəkistanın dini azadlıq, məcburi və uşaq əməyinin ləğvi, insan haqları, söz azadlığının təminatı sahəsində əldə etdiyi irəliləyişi tanıyıb”, – Kamilov söyləyib.

Pompeo Özbəkistan Prezidenti Shavkat Mirziyoev ilə də görüşməli, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan həmkarları ilə birlikdə “C5+1” formatında danışıqlar aparmalıdır.

“Mütləq təhlükəsizlikdən danışacağıq, bu ölkələr arasında iqtisadi inteqrasiyadan, bu ölkələrdən hər birinin” siyasi azadlıqlar, iqtisadi şərtlər və insan haqları sahəsində “necə transformasiya oluna biləcəyindən” danışacağıq, Pompeo daha öncə demişdi.

Mirziyoev 2016-cı ilin sentyabrında sələfi Islam Karimov-un ölümü açıqlanandan sonra hakimiyyətə gəlib. O, iqtisadiyyatı möhkəmləndirmək üçün bəzi addımlar atsa da, insan haqları qrupları bu ölkədəki vəziyyətdən narahatlıq bildirirlər.

XS
SM
MD
LG