Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 00:40

Koronavirusla bağlı əmr imzalanıb


O.Şirəliyev

Səhiyyə naziri Oqtay Şirəliyev «Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə» Əmr imzalayıb.

Bu barədə nazirlik bu gün, yanvarın 28-də açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.

«2020-ci ilin yanvarında xəstəliyin Çində alovlanması və hazırda xəstəliyin artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də baş verməsi davam etməkdədir. Əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzalanıb», - açıqlamada yazılıb.

6 rayonda təhsil şöbəsinin müdiri işdən qovuldu
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi tapşırıqları yer alıb.

Habelə, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların, yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün göstəriş verilib.

«Həmçinin, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin,... ehtiyatının yaradılması əmrdə öz əksini tapıb», - nazirlik bildirir.

Çinin 10-dan çox şəhərində karantin elan edilib
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Eyni zamanda, əmrdə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da yer alıb.

Dövlət Gömrük Komitəsindən də bundan əvvəl bu virusun Azərbaycana keçməsinin qarşısını almaqdan ötrü xüsusi bir sıra tədbirlərin görüldüyü haqqında məlumat verilmişdi.

Xatırlatma

Çində yeni respirator virusdan ölənlərin sayı 106-ya çatıb, 1291 yeni yoluxma halı aşkarlanıb. Məlumatı Çin hakimiyyəti yanvarın 28-də yayıb. Səhiyyə komissiyası bildirib ki, hazırda ölkədə bu virusa 4 mindən artıq yoluxan var. Çin rəsmiləri virusun 11 milyon nəfərin yaşadığı Uhan şəhərində dəniz ərzaqları bazarından qaynaqlandığını açıqlayıblar.

XS
SM
MD
LG