Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Dopinq-testlərin nəticələri...


Həblər

2019-cu ildə Azərbaycanda 1350 dopinq testi keçirilib. Onlardan 549-u yarış müddətində, 801-i isə yarışdan kənar müddətdə götürülüb.

Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün, dekabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Ş.Hüseynli deyib ki, il ərzində ölkədə bu sahədə 16 qayda pozuntusu aşkar olunub, amma bu, yekun rəqəm sayılmaya bilər. Onun vurğulamasına görə, qarşıdakı aylarda bütün testlərin nəticələri bəlli olacaq.

AMADA rəhbəri hesab edir ki, ilkin rəqəmlər 2017 və 2018-ci illərlə müqayisədə daha azdır: «Cari ildə aşkarlanan qayda pozuntularının 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i də yüngül atletikada qeydə alınıb».

Ş.Hüseynli əlavə edib ki, 13 qeyri-əlverişli analiz nəticəsi, 2 testdən imtina, 1 dopinq nəzarət prosesinə müdaxilə kimi antidopinq pozuntuları qeydə alınıb.

Azərbaycanda Milli Antidopinq Agentliyi 2016-cıildə yaradılıb. Elə həmin il Azərbaycanda «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında» Qanun qəbul edilib.

Multimedia

XS
SM
MD
LG