Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:44

Krımda Ukrayna Pravoslav Kilsəsi sökülə bilər


Arxiv fotosu
Arxiv fotosu

Rusiyanın ilhaq etdiyi Krımda məhkəmə noyabrın 19-da Yevpatoriyada Ukrayna Pravoslav Kilsəsinin (UPK) sökülməsinə qərar çıxarıb.

Bu qərardan bir ay ərzində apelyasiya şikayəti verilə bilər.

Rusiya administrasiyası kilsənin tikildiyi ərazini boşaltmağa çalışır, iddia edir ki, 2014-cü ildə tikintisi başlananda kilsə üçün gərəkən icazə alınmayıb.

Yenicə formalaşmış müstəqil Ukrayna Pravoslav Kilsəsinin başçısı Metropolitan Epifaniy Facebook-da yazıb ki, məhkəmənin qərarı “fundamental insan azadlıqlarını: vicdan və din azadlığını kobudcasına pozur”.

2014-cü ildə 46 prixod vardı...

2014-cü ilin əvvəlində Rusiya Ukraynanın Krım yarımadasını tutmağa maskalı əsgərlər göndərəndə orada Pravoslav Kilsəsinin Kiyev Patriarxlığına məxsus 46 kilsə prixodu vardı.

Anneksiyadan bir il keçəndən sonra Krımda cəmi 8 prixod qalmışdı.

“İşğal olunmuş Krımda Pravoslav Kilsəsinin Moskva Patriarxlığından başqa bütün inanclar təzyiq altındadır”, – Xarkov İnsan Haqlarını Mühafizə Qrupu sentyabrda bildirib.

UPK-yə məxsus sonuncu prixod Simferopol məhkəməsinin qərarıyla sentyabrda kilsəsindən çıxarılıb.

Elə həmin ay Krımdakı Rusiya Ədliyyə Nazirliyi 2014-cü ildən üçüncü dəfə UPK-ni yarımadada qeydiyyata almaqdan imtina edib.

2018-ci ilin oktyabrında Ukrayna müstəqil Pravoslav Kilsəsi qurub. Buna Konstantinopol Patriarxlığı icazə verib.

Bununla da Rusiyanın Ukrayna üzərində 330 ildən artıq dini nəzarətinə son qoyulub.

Moskva isə ukraynalıların müstəqil kilsə qurmaq cəhdlərinə qarşı çıxıb. Rusiya Krımı ilhaq edəndən, Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında separatçıları dəstəkləməyə başlayandan sonra bu cəhdlər daha da intensivləşdi.

XS
SM
MD
LG