Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 22:44

Həmsədrlər prezidentlə görüşüblər


Görüş

Oktyabrın 17-də dövlət başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC-ın məlumata görə, görüşdə Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin hazırki vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Oktyabrın 17-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. Verilən məlumatlara görə, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb.

Həmsədrlər Ermənistana və Qarabağa səfər etdikdən sonra Bakıya gəliblər.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-nin Azərbaycan SSR-ə ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olunub. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG