Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:40

Fırtına gözlənir


Dəniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, oktyabrın 7-si axşama qədər küləkli hava gözlənir.

Qurum qeyd edib ki, küləyin sürətinin 25-30 m/s kimi güclənəcəyi təxmin edilir.

Proqnoza görə, Xəzərdə dalğanın hündürlüyü 2.5-3.5, sonrakı inkişafda 5.5 metrə çatacaq.

Dövlət Dəniz Agentliyindən isə bildiriblər ki, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri lazımı tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

150 neftçi evakuasiya edilib

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb. APA agentliyinin xəbərinə görə, qurumdan qeyd edilib ki, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

«Artıq dənizdə işləyən 150 neftçi evakuasiya edilib. Zəruri sahələrdə növbətçilik təşkil olunub»,-SOCAR-dan bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG