Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:50

Netanyahu və Gantz növbəylə baş nazir ola bilərlər


(soldan sağa) Benjamin Netanyahu, Reuven Rivlin və Benny Gantz

İsrailin Baş naziri Benjamin Netanyahu və onun əsas siyasi opponenti Benny Gantz birlik hökuməti üzrə danışıqlara başlayıblar. Onların baş nazir vəzifəsini növbəylə icra etməyi nəzərdən keçirdikləri bildirilir.

Nə Netanyahu, nə də keçmiş general Gantz 120 yerlik parlamentdə çoxluğu qazana bilib.

Mavi və Ağ partiyasının lideri Gantz Netanyahu-nun sağ-qanad Likud partiyası ilə müttəfiqlik ideyasına qarşı çıxıb.

Gantz Netanyahu-ya qarşı gözlənən korrupsiya ittihamlarını əsas gətirib. Baş nazir postunda qaldıqca o, cinayət təqibinə qarşı toxunulmazlığını saxlayır.

Prezident Reuven Rivlin yeni hakim koalisiyanı formalaşdıracaq namizədi seçməlidir. O, birlik tərəfdarı olduğunu dilə gətirib və sentyabrın 23-də Netanyahu və Gantz-ı qapalı danışıqlara çağırıb.

Gantz və Netanyahu birgə bəyanatlarında deyiblər ki, baş təmsilçiləri sentyabrın 24-də görüşəcək. Sentyabrın 25-də isə Rivlin, Netanyahu və Gantz-ın yenidən bir araya gələcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG