Talibanın iki hücumu nəticəsində Əfqanıstanda azı 48 nəfər ölüb və onlarca başqaları yaralanıb.
Bu hücumlar ölkədə prezident seçkisinə 11 gün qalmış baş verib.
Taliban bu seçkini pozacağını bəyan etmişdi.
Sentyabrın 17-də prezident Ashraf Ghani-nin iştirak etdiyi seçki mitinqinin yaxınlığında törədilmiş bomba partlayışında azı 26 nəfər həlak olub.
Prezidnet Ghani-yə xətər toxunmayıb.
Həmin gün daha sonra paytaxt Kabilin mərkəzində törədilmiş intihar partlayışında azı 22 nəfər həlak olub.
Hər iki hücum üçün məsuliyyəti üzərinə Taliban götürüb.
***
Partlayışda 30 nəfərin öldüyü, 31 nəfərin yaralandığı xəbər verilir. Partlayış törədilən zaman Ghani tədbirdə çıxış edəcəkmiş.
Yerli xəstəxana rəhbəri ölü sayının arta biləcəyini deyib. Yerli hökumət rəsmisinin sözlərinə görə, hücumu intiharçı törədib.
Paytaxt Kabilin mərkəzində partlayışda isə azı 3 nəfər öldürülüb.
***
Əfqanıstanda Prezident Ashraf Ghani-nin seçki təbliğatı tədbirində bomba partladılıb, 24 nəfər öldürülüb. Hadisə mərkəzi Parvan vilayətində baş verib. Kampaniyanın sözçüsü Hamed Aziz “The Associated Press” agentliyinə prezidentin sağ-salamat olduğunu deyib.
Hücuma görə məsuliyyəti hələlik, götürən olmayıb.
Bu arada Taliban silahlı qruplaşmasının dörd nəfərlik nümayəndə heyəti İranın yüksək çinli rəsmiləri ilə danışıqlardan ötrü Tehrana gedib. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump Talibanla danışıqların “öldüyünü” açıqlamışdı.
Sentyabrın 13-də isə Talibanın nümayəndə heyəti Moskvada Rusiyanın Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulov ilə görüşmüşdü.
Bu il Moskva Talibanla Əfqanıstanın tanınmış xadimləri arasında iki dəfə danışıq təşkil edib.