Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:36

Zeynalabdin Tağıyevin heykəli belə olacaq



Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi bəlli olub. Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsində 26 layihə arasından Xanlar Əhmədovun layihəsi seçilib.

Bu barədə sentyabrın 6-da AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, Z.Tağıyevin heykəli metronun «İçərişəhər» stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Bakıda Z.Tağıyevə heykəl qoyulması təklifini 2019-cu il martın 1-də incəsənət xadimlərinin dövlət başçısı İlham Əliyev ilə görüşdə «Bakılı Oğlanlar» Şən və Hazırcavablar Kubunun üzvü Bəhram Bağırzadə səsləndirmişdi. Həmin görüşdə təklif müsbət qarşılanmışdı.

X.Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb. 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir.

Xatırlatma

Zeynalabdin Tağıyev (1823-1924) neft maqnatlarından olub. O, indi Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə anılır. Bakıya Şollar suyunun çəkilişində onun əməyi olduğu bildirilir. Habelə Z.Tağıyevin Azərbaycanda ilk qızlar məktəbini açdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG