Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:19

Bakıda 33 dərəcə isti gözlənir


Günəş

Avqustun 16-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG