Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 06:04

Tələbələr təhsil haqlarını hiss-hissə ödəyəcək


Təhsil Nazirliyi

Ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını yarımilliklər üzrə ödəmələrinə şərait yaratmaları tapşırılıb.

Bu barədə «Turan»a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qərarı Təhsil Nazirliyinin kollegiyası verib.

Bu ilə qədər Azərbaycanın ali təhsil müəssisələrində yerlərin təqribən 70 faizi ödənişli olub. Rəsmi açıqlamalara görə, bu ildən təhsil sistemində atılan bir sıra addımlardan sonra dövlət hesabına təhsil alan tələbələrin sayı artırılır.

Müxalifət partiyaları hesab edir ki, böyük neft pullarının gəldiyi Azərbaycanda ali məktəblərdəki yerlərin yarıdan çoxunun ödənişli olması hökumətin yarıtmaz sosial siyasətindən irəli gəlir. Hərçənd, rəsmilər belə tənqidləri qəbul etmirlər.

Bu il ali təhsil müəssisələrinin müsabiqələrində 58 min 258 nəfər iştirak edib. Onlardan 42 min 62 nəfəri (o cümlədən 3 min 542 subbakalavr) ali məktəblərə qəbul olunub. 17 min 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 min 242 (o cümlədən 2 min 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG