Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:49

Dağlıq ərazilərdə yağıntı gözlənir


Yağış

Avqustun 10-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG