Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Qəzada 5 nəfər xəsarət alıb


Ambulans

Bu gün, avqustun 8-də Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xəsarət alanlar var.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) yaydığı məlumatda bildirilir.

Qurum qeyd edir ki, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, qəza nəticəsində Respublika Klinik Xəstəxanasına 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış şəxs gətirilib: «Onlara lazımi tibbi yardımlar göstərilib və evə buraxılıblar. Hadisə nəticəsində ölən olmayıb».

Xatırlatma

Bu ilin ilk yarısında (yanvar-iyun aylarında) Azərbaycanda yol qəzaları artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumata görə, 6 ay ərzində ölkənin avtomobil yollarında 822 qəza baş verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə çoxdur. DSK bir il əvvəl eyni dövrdə 806 qəzanın baş verdiyini açıqlamışdı. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da artaraq 1087 nəfərə çatıb. Zərərçəkənlərdən 342-si həlak olub, 745-i isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG