Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 15:37

Şabranda kütləvi zəhərlənmə - Səbəb


Şabran

İyulun 31-də Şabran rayonunda keçirilən qonaqlıqda qidadan zəhərləndiklərini deyən 15 nəfər avqustun 1-dən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bunu Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Kəmalə Süleymanova bildirib. Onun sözlərinə görə, xəstələr qidadan zəhərləndiklərini bildirirlər: «Kimi deyir, tortdan zəhərləniblər, kimi də deyir, zəhərlənməyə səbəb paytaxt salatı olub. Özü də onlar xəstəxanaya kütləvi olaraq müraciət etməyiblər, fasilələrlə müraciət ediblər, axşamüstü saat 16 üçün 15 nəfər olublar».

K.Süleymanova bildirir ki, xəstələrin arasında vəziyyəti kritik olan yoxdur, hamısının vəziyyəti kafidir, bu gün 7-8 nəfərə ambulator müalicə təyin olunmaqla evə buraxılmaları gözlənilir.

Baş həkimin müavini əlavə edib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyinin bir sıra mütəxəssisləri də Şabran rayonundadır və zəhərlənmənin baş verməsi səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG