Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 09:49

Bəzi yerlərdə leysan ola bilər


Yağış

Avqustun 2-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 2-də Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 22-27, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG