Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Bərdədə yanğın olub, xəsarət alan var


Yanğın

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 kvadratmetr olan tikilidə (məcburi köçkünlər məskunlaşıb) yanğın baş verib.

Bu barədə bu gün, iyulun 25-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə və ümumi sahəsi 70 kvadratmetr olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar yanıb: «Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb».

Yanğının, hələlik, başvermə səbəbi açıqlanmır.

Köçkünlərin məskunlaşdığı yataqxanaların bəziləri qəzalı vəziyyətdədir, onlarda kommunal təminatda, elektrik çəkilişində problemlər olduğu bildirilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. İşğal edilən ərazilərin sakinlər paytaxt Bakı və ölkənin bir sıra bölgələrində məskunlaşıblar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG