Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 04:46

Müsbət saldo 25 faiz azalıb


İxrac

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 16.994 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Ötən ilin eyni dövründə bu göstərici 13.322 milyard dollar olmuşdu.

Bu ilin 6 aylıq xarici ticarət dövriyyəsinin 9.979 milyard dolları ixracın, 7.015 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə həm ixracın, həm də idxalın artdığı bildirilir. Amma idxalda artımın daha çox olduğu qeyd edilir.

Son nəticədə xarici ticarətdə 2.963 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə təqribən 25 faiz azdır.

Multimedia

XS
SM
MD
LG