Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:30

Külək Bakıda 10-a qədər ağacı sındırıb


Külək ağaçı aşırıb

“İyunun 29-u gecədən davam edən güclü külək paytaxt Bakının müxtəlif rayonlarında 10-a yaxın ağac sındıraraq, aşırıb. Həmin ağaclar ərazilərdən götürülüb”.

Bunu Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

“Güclü küləkl nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar da qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür”, O.Məmmədov əlavə edib.

Şöbə rəisi sürücülərə müraciət edərək avtomobillərini hündür və irigövdəli ağacların altında saxlamamağı tövsiyə edib.

İyunun 29-dan Bakıda küləkli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamenti bildirib ki, paytaxtda külək iyulun 1-i günorta saatlarına qədər arabir güclənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG