Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:30

Hirkan Milli Parkında yanğın olub


Meşədə yanğın

İyunun 28-də ildırım vurması nəticəsində Hirkan Milli Parkının dağlıq ərazisində yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın qısa müddətdə milli parkın əməkdaşlarının və yaxınlıqdakı Gəgiran kəndinin sakinlərinin köməyi ilə söndürülüb.

Nazirlikdən bildirildiyinə görə, ərazidə yalnız quru ot örtüyü yanıb, ağaclara bir elə ziyan dəyməyib.

Hirkan Milli Parkı Azərbaycanın Lənkəran və Astara rayonlarının ərazisində yerləşir. Ərazisi 40 358 hektar, (403,58 km²) sahəni əhatə edir. Parkda palıd, fısdıq, vələs və dəmirağac kimi ağac növləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG