Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:47

WikiLeaks qurucusunun ekstradisiyasına gələn il baxılacaq


Belqradda Julian Assange-a dəstək aksiyası

WikiLeaks saytının qurucusu Julian Assange-nın Birləşmiş Ştatlara ekstradisiyası üzrə məhkəmə 2020-ci ilin fevralında keçiriləcək. Bu haqda Britaniya məhkəməsi iyunun 14-də qərar çıxarıb.

Bir gün öncə Britaniyanın Daxili işlər naziri Sajid Javid Assange-nın ekstradisiyası üzrə ABŞ-ın vəsatətinə imza atmışdı.

47 yaşlı Assange ABŞ hökumət kompüterlərinə haker hücumu planlamaqda, casusluq qanununu pozmaqda ittiham olunur.

O, hazırda Londonda həbsxanada 50 həftəlik həbs cəzası çəkir, 2012-ci ildə pozaraq Londonda Ekvador səfirliyinə sığınmaqla zaminlik qaydalarını pozmaqda təqsirli bilinib. O zaman Assange bunu İsveçə ekstradisiyadan yayınmaq üçün etmişdi. İsveçdə ona qarşı zorlama ittihamları üzrə cinayət işi bərpa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG