Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:43

Kommersiya məhkəmələri yaradılır


Femida

Bugün, iyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

«Report»un xəbərinə görə, Komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə «Məhkəmələr və hakimlər haqqında» Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin «Kommersiya məhkəmələri» adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

Əsas dəyişiklik kimi Azərbaycanda kommersiya məhkəmələrinin yaradılmasından söhbət gedir. Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Onda 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayını Məhkəmə-Hüquq Şurası müəyyən etməlidir.

İclasda həmçinin, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xatırlatma

Bu il aprelin 3-də prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərman imzalayıb. Həmin fərmanda ixtisaslaşmış məhkəmələrin yaradılması da nəzərdə tutulurdu.

Sənəddə yazılırdı ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, bu sahə ilə bağlı mübahisələrə uyğun sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxmasından ötrü ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG