Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:04

Səhiyyə Nazirliyi jurnalistin ittihamlarını əsassız sayır


Azərbaycan səhiyyə nazirliyi

Səhiyyə Nazirliyi şənbə günü, mayın 18-də bu qurumun qarşısında aksiya keçirən jurnalist Teymur Kərimovun ittihamlarına münasibət bildirib. Açıqlamada oxuyuruq: «Jurnalist Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul olunub . Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb».

Səhiyyə Nazirliyi vurğulayıb ki, jurnalistin anası Fiqurə Kərimova 2019-cü il fevral ayından ET (elmi-tədqiqat) Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb: «Diaqnoz laborator/qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Hal-hazırda xəstə ambulator müalicədədir. Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır».

Nazirlik yaydığı məlumatda T.Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılır. «Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətəuyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır».

Mətbuat xidməti qeyd edib ki, institut bu preparatlarla Dövlət proqramı çərçivəsində tam təmin olunur.

Teymur Kərimov sərbəst buraxılıb

Teymur Kərimov : “Dedilər ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq”

Teymur Kәrimov sәrbәst buraxılıb.

Bu barәdә AzadlıqRadiosuna onun özü məlumat verib. T. Kərimovun vurğulamasına görə, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar.

O qeyd edib ki, saxlandıqdan sonra əvvəlcə Nәsimi Rayon Polis İdarəsinin 20 saylı Polis Bölməsinə, ardınca da idarənin özünə aparılıb. T.Kərimovun vurğulamasına görə, polisdə ondan aksiyasının sәbәbini soruşublar vә izahat yazdırıblar. “Daha sonra vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin dedilər ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım”.

T. Kərimovun bu dediklərinə də, hələlik, Nәsimi Rayon Polis İdarəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

--

Bir sıra media orqanları ilə əməkdaşlıq edən Teymur Kərimovun Səhiyyə Nazirliyinin qarşısında tək aksiya keçirdiyi bildirilir.

“ Turan” agentliyi-nin xəbərinə görə, O, nazirliyin qarşısında öz köhnə paltarını sataraq, qan xərçəngindən əziyyət çəkən anasının müalicə pulunu toplamaq üçün bu aksiyanı keçirdiyini vurğulayıb.

T. Kərimov həmçinin bildirib ki, bu bir növ xəstəxanalarda hökm sürən rüşvətxorluğa qarşı aksiyadır.

“Məndən Respublika Xəstəxanasında bütün pulsuz olmalı olan dərmanlara, iynələrə görə, pul tələb edirlər. Pul çatdıra bilmirəm. Ona görə, də paltarımı satmaqa qərarına gəldim. Bu aksiyanı keçirərək nazir Oqtay Şirəliyevin nəzərinə çatdırmaq istəyirəm ki, insanlar dərman pulunu ödəmək üçün paltarını satmaq məcburiyyətindədirlər”.

Agentliyin xəbərində o da qeyd edilir ki, 20 dəqiqəyə yaxın davam edən aksiya polis müdaxiləsindən sonra bitib. Teymur Kərimovun isə saxlanaraq Nəsimi Rayon Polis İdarəsinin 20 saylı Polis Bölməsinə aparıldığı bildirilir.Amma bu məlumatı həmin bölmədən və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Teymur Kərimovun rüşvətlə bağlı iddialarına da Respublika Klinik Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.Amma Azərbaycanın dövlət xəstəxanalarında da səhiyyənin pullu olması ilə bağlı deyilənləri rəsmi qurumlar təsdiq etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG