Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:01

Eyni ittihamla üçüncü dəfə həbs edilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin fəalı Əlzamin Salayev bu gün, mayın 7-də inzibati qaydada həbs edilib.

Bunu həmin partiyanın sədr müavini Gözəl Bayramlı bildirib.

«O, bu il üçüncü dəfədir ki, eyni ittihamla həbs edilir. Salyan Rayon Məhkəməsi Əlzamin Salayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandıraraq 15 sutka inzibati həbsə məhkum edib», - G.Bayramlı vurğulayıb.

Ə.Salayev bundan öncə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə yanvarın 10-da 25 sutka, fevralın 18-də isə 15 sutka inzibati həbsə məhkum edilib.

AXCP-dən verilən məlumata görə, bu il ümumilikdə onların 60-dan çox fəalı inzibati qaydada həbs edilib. «Bir neçə fəal eyni ittihamla bir neçə dəfə həbsə məhkum edilib. Hökumət məhkəmə-hüquq islahatlarından danışır, amma siyasi fəalları şərləyərək həbs etdirir. Siyasi müxalifətə qarşı həbs dalğasının davam etdirilməsi hökumətin islahat bəyanatlarının reallıqdan uzaq olduğunu göstərir», - G.Bayramlı qeyd edib.

Salyan Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə insanların tənqidi fikir və siyasi fəaliyyətlərinə görə təzyiqlərlə üzləşməsi, həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymırlar. Onlar deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Multimedia

XS
SM
MD
LG