Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Repressiyalar və İşgəncələr Əleyhinə Komitə yaranır


Oktay Gülalıyev

“Bu gün,mayın 4-də bir qrup vətəndaş cəmiyyətinin nümayəndəsi ilə birgə Repressiyalar və İşgəncələr Əleyhinə Komitə yaratmaq qərarına gəldik”.

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.

Hüquq müdafiəçi deyib ki, Komitə, hələlik, tam formalaşmasa da, artıq 18 nəfərdən ibarət İşçi qrupu yaradılıb. Onun vurğulamasına görə, qrupun tərkibinə jurnalistlər, hüquq müdafiəçiləri, ictimai-siyasi fəallar, həmçinin hazırda həbsdə olan bəzi şəxslərin, istintaq zamanı öldürüldüyü bildirilən hərbiçilərin valideynləri daxildir.

O. Gülalıyev qeyd edib ki, Komitənin yaratmasının əsas məqsədi ölkədə repressiya və işgəncələrlə mübarizə aparmaqdır. “Son bir sıra cinayət işlərində baş verənlər buna misaldır. Biz işgəncə ilə üzləşən insanlara dəstək olmaq üçün bu Komitənin yaranmasını zəruri hesab etdik”.

Fəaliyyətlərinin əsas istiqamətlərindən birinin işgəncələrlə bağlı hesabatların tərtib edilməsinin olacağını qeyd edən hüquq müdafiəçisi deyib ki, bununla yanaşı maarifləndirici və məlumatlandırıncı toplantılar keçiriləcək. “Biz Azərbaycanda repressiyanın miqyasını, təsir imkanlarını, işgəncələrin formalarını, onların harda və necə verilməsini göstərəcəyik. Eyni zamanda qanunvericilik çərçivəsində bütün digər imkanlardan istifadə edəcəyik”.

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin yaradılması ilə bağlı İşçi qrupun təsis edilməsinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycanda aparılan bir sıra cinayət işlərinin istintaqı zamanı kütləvi şəkildə işgəncələrə məruz qalmaqla bağlı şikayətlər var. Hətta bəzi saxlananların işgəncə nəticəsində həlak olduğuna dair iddialar var.

Amma rəsmi qurumlar indiyə kimi işgəncə nəticəsində insanların həlak olmasına dair məlumatları açıq, rəsmi təsdiqləməyiblər. Rəsmilər təcridxana və cəzaçəkmə yerlərində işgəncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar. Belə məlumatları əksər hallarda həqiqətdən uzaq iddialar adlandırırlar.Onların deməsinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

Multimedia

XS
SM
MD
LG