Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:39

Azərbaycan Aİ ilə müzakirələrə davam edir


Azərbaycan-Aİ

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Bunu bu gün, aprelin 24-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məlumata görə, Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Surmelisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

«Nümayəndə heyəti Bakıya bu günlərdə gəlib, tərəflər artıq ikinci gündür işləyirlər», - Aİ nümayəndəliyindən deyiblər.

«Report» agentliyinin məlumatına görə, dünən, aprelin 23-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib ki, Aİ ilə sazişin mayın 13-də imzalanması nəzərdə tutulur. Amma Xarici İşlər Nazirliyindən bu deyilənlər təsdiq edilməmişdi.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb. Üstəlik, müxalifət partiyaları saziş layihəsinin açıqlanmamasından narahat olduqlarını bildiriblər.

Multimedia

XS
SM
MD
LG