Keçid linkləri

Təcili xəbərlər
2019, 20 İyun, Cümə axşamı, Bakı vaxtı 21:17

Maşınqayırma müəssisəsi özəlləşdirilib


«Sabunçu Elmi İstehsalat və Maşınqayırma» ASC

«Ferrotex» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) «Sabunçu Elmi İstehsalat və Maşınqayırma» Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalib olub.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin aprelin 17-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, müsabiqənin qalibi dövlət büdcəsinə 2.8 milyon manat vəsait köçürmək, müəssisəyə 10 milyon manat investisiya qoymaq, onun 2 milyon 200 min manata yaxın borclarını ödəmək öhdəliyi götürüb. Borcların bir hissəsi əməkhaqqı ilə bağlıdır. Görüləcək işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

«Sabunçu Elmi İstehsalat və Maşınqayırma» ASC 1914-cü ildə yaradılıb. Zavod neft-mədən, kimya sənayesi və xalq istehlakı mallarının istehsalı üzrə ixtisaslaşıb. Müəssisədə 90 nəfərin çalışdığı bildirilirdi.

«Ferrotex» MMC haqqında isə elə bir geniş məlumat açıqlanmır.

Xatırlatma

2016-cı il mayın 19-da prezident İlham Əliyev «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb.

Ekspertlərin fikrincə, neftin qiymətinin kəskin azalması həmin vaxt özəlləşdirmə mövzusunu Azərbaycanda yenidən gündəmə gətirmişdi.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqqında fərman imzalayıb

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Son illər özəlləşmə prosesi davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG