Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:23

Məktəb qarşısında anım mərasimi keçirilib


Anım mərasimi

Bu gün, aprelin 12-də Səbail rayonu 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar etdiyi bildirilən şagirdinin ölümü ilə əlaqədar anım mərasimi keçirilib.

Anım mərasimində sadə insanlar, başqa məktəblərdən gəlmiş bir neçə müəllim və şagirdlər iştirak ediblər.

Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.

Aprelin 4-də 162 saylı məktəbin VIII sinfində təhsil alan bir şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb. Məktəbli qız aldığı xəsarətlərdən aprelin 6-da xəstəxanada vəfat edib.

Bu hadisə ilə bağlı aprelin 6-da Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmək həddinə çatdırmaq) maddəsi ilə cinayət işi qaldırıb. Bakı Şəhər Təhsil İdarəsi isə xüsusi xidməti araşdırma aparmaq məqsədilə komissiya yaradıb. Xidməti araşdırmanın başa çatdığı, nəticələrinin təhsil nazirinə təqdim edildiyi bildirilir. Amma onun detalları haqqında ictimaiyyətə məlumat verilməyib. Məktəbin direktoru araşdırma başa çatana qədər tutduğu vəzifədən kənarlaşdırılmışdı.

Multimedia

XS
SM
MD
LG