Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:48

Azərbaycan- Səudiyyə hərbi əməkdaşlığı


Azərbaycan Müdafiə Nazirliyi

Aprelin 7-də Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycan və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin baş qərargah rəisləri Nəcməddin Sadıkovla Fəyyad əl-Ruvayli imzalayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi N.Sadıkov aprelin 6-dan Səudiyyə Ərəbistanında səfərdədir. Onun Səudiyyə Ərəbistanının Baş qərargah rəisi ilə görüşündə iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti bu səfər çərçivəsində islam ölkələrinin antiterror hərbi koalisiyası mərkəzində də olub. N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. O, daha sonra Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini də ziyarət edib.

Xatırlatma

Bundan öncə 2018-ci il fevralın 6-da Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin generalı Əli bin İbrahim Fəvvazın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda olmuşdu. Azərbaycan müdafiə naziri Zakir Həsənov isə 2017-ci il aprelin 4-də Səudiyyə Ərəbistanına səfər edib.

Səfərlər zamanı iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 24-də qurulub. İki ölkə arasında iqtisadi, siyasi, mədəni və idman sahələrində əlaqələrlə bağlı sənədlər mövcuddur.

Multimedia

XS
SM
MD
LG