Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Yazın ilk günü yağış, qar yağa bilər


Yağış

Martın 21-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda və Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Martın 21-də Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənir. Lakin gecə və səhər bəzi rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli Azərbaycana qədəm qoymalıdır.

XS
SM
MD
LG