Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:55

Oyub Titiyev 4 illik həbsə məhkum edilib


Oyub Titiyev və vəkilləri

Rusiyanın Çeçenistan regionunda məhkəmə insan haqları fəalı Oyub Titiyevi qanunsuz narkotik saxlamaqda təqsirli bilərək dörd illik həbs cəzasına məhkum edib. Özü və tərəfdarları isə ittihamı siyasi motivli hesab edir.

Məhkəmə qərarı martın 18-də çıxarıb.

Moskvanın Memorial insan haqları qrupunun Çeçenistan ofisinin rəhbəri olan Titiyev cəzasını cərimə koloniyasında çəkəcək.

Məhkəməni Qərb hökumətləri diqqətlə izləyir, Rusiyada hüququn aliliyindən narahatlıq dilə gətirirdilər. İnsan haqları qrupları isə bu işi “məzhəkə” adlandırıb.

Amnesty International Titiyevə verilən cəzanı “insan haqları, məntiq və ədalət”ə təhqir adlandırıb.

Human Rights Watch insan haqları qrupu isə fəala hökmü “Rusiya kriminal məhkəmə sistemində biabırçılıq” hesab etdiyini deyib.

Avropa Şurasının İnsan Haqları Komissarı Dunja Mijatovic deyib ki, Titiyevin məhkumluğu Çeçenistanda “insan haqları müdafiəçilərinin işlədiyi ədavətli və təhlükəli mühitin son örnəyidir”.

XS
SM
MD
LG