Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:16

DGK: 9 milyon manatlıq narkotik saxlanıb


Narkotik «lövhəciklər»

Azərbaycan gömrükçülərinin külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya aparılması cəhdinin qarşısını aldıqları bildirilir.

Bu barədə martın 14-də Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Məlumatda vurğulanır ki, Azərbaycan vətəndaşının idarə etdiyi «DAF» markalı yük nəqliyyat vasitəsi İran İslam Respublikasının Astara şəhərindən Ukrayna Respublikasının Kiyev şəhərinə «qarışıq» yük apararkən saxlanıb:

«Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı «Jack» ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanıb. Nəqliyyat vasitəsinin qoşqusunda 2 paletdə olan 144 karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib».

DGK qeyd edir ki, həmin 12 qutuya baxış zamanı isə onların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində psixotrop maddə olduğu müəyyən edilib: «Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub».

Məlumatda o da yazılıb ki, aşkar olunan 56 kq 363 qram həmin maddənin «qara bazar»da dəyəri 9 milyon 500 min manat təşkil edir.

Sözügedən «DAF» markalı yük nəqliyyat vasitəsinin sürücünün şəxsiyyəti açıqlanmır, onun ittihama münasibəti bəlli deyil. DGK-nin bu açıqlamasına İran və Ukraynanın da əlaqəli qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG