Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Britaniya parlamentində Breksit səsverməsi keçiriləcək


Theresa May

Bu gün – martın 12-də Britaniya parlamenti Baş nazir Theresa May-in “Breksit” planını səsə qoyacaq. May bir gün öncə deyib ki, Avropa Birliyindən “hüquqi qüvvəsi olan” təminatlar alıb.

Cəmi 17 gün sonra Britaniya Avropa Birliyindən çıxmalıdır. İndi əsas məsələ bunu razılaşmayla, yaxud onsuz baş verəcəyidir.

Yanvarda Britaniya parlamenti May-in təklifini rədd elədi.

Yeni razılaşma birlikdən çıxmanın yalnız şərtlərini əhatələyir. Britaniya ilə AB-nin gələcək münasibəti buraya daxil deyil.

Sənədə görə, Britaniya 50 milyard dollar “ayrılma” pulu ödəməlidir, keçid müddəti iki illiyə nəzərdə tutulur. Ticarət, miqrasiya, təhlükəsizlik və səyahət məsələlərində isə şərtlər əsasən indiki kimi qalır.

Bundan başqa AB-dən çıxmanın ən mübahisəli İrlandiya ilə sərhəd məsələsində sərhədin açıq qalması nəzərdə tutulur.

Amma nə bugünkü, nə də gələcək səsvermələrin nizamlı Breksiti təmin edəcəyi hələlik, bəlli deyil.

May martın 11-də Avropa Birliyindən, Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker-dən hüquqi təminatlar alıb.

“İndi bir araya gəlib bu təkmilləşdirilmiş Breksit sazişini dəstəkləməyin vaxtıdır”, – May deyib.

Juncker isə bunun London üçün son şans olduğunu vurğulayıb.

Sabahkı səsvermə alınmazsa, üçüncü şans olmayacaq. İnterpretasiyanın əlavə intrepretasiyası olmayacaq; yenidən təminata bir də təminat verilməyəcək”, – o deyib.

XS
SM
MD
LG