Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:31

Dörd nazir Buxarestdə görüşüb


E.Məmmədyarov

Bu gün, martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın xarici işlər nazirlərinin görüşü keçirilib.

Dördtərəfli görüşdən sonra «Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu» (CSBS) ilə bağlı birgə bəyannamə imzalandığı bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) saytı Elmar Məmmədyarovun həmin məsələyə həsr edilən xüsusi yığıncaqdakı çıxışının mətnini də yayıb.

«Rumıniya və Türkmənistan tərəfindən irəli sürülən CSBS ideyası ötən il Aşqabadda mütəxəssislərimiz tərəfindən ilkin olaraq müzakirə olundu və indi burada, Buxarestdə məsələ ilə bağlı nazirlər səviyyəsində fikir mübadiləsi aparmaq fürsətimiz var», - o bildirib.

Nazir deyib ki, bu ideya təbii şəkildə Avropa və Asiya arasında körpü təşkil edə bilər: «Rumıniya bizim üçün Aİ (Avropa İttifaqı-red) bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir. Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir».

E.Məmmədyarov deyib ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərin yol xəritəsi işləyib-hazırlaması nəticədə CSBS-nin sürətlə həyata keçiriləcəyinə inanır.

Bəyannamədə nələr əks olunub

Azərbaycan Xarici İşlər Nazirliyi «Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu» (CSBS) ilə bağlı nazirlərin imzaladığı birgə bəyannamənin mətnini də yayıb.

Bəyannamədə ilk növbədə CSBS-dən ötrü birgə İşçi Qrupun yaradılması öz əksini tapıb. Habelə, sənəddə BSCS beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılmasından ötrü tariflərin uyğunlaşdırılması və gömrük proseduralarının sadələşdirilməsi işini asanlaşdırmaq zəruri sayılıb.

Sənəddə nəql olunma prosesinin bütün tərəfləri üçün rəqabət şəraitinin təmin edilməsi məqsədilə iştirakçı dövlətlərin nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdən keçirmək də vacib sayılır.

Multimedia

XS
SM
MD
LG