Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:38

Su çərşənbəsidir


Səməni

Bu gün, fevralın 26-da (Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir) Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir.

Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

Adətə görə, hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər.

Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyular, hamı həmin sudan içər.

Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin öz adətləri var. Bu çərşənbədə, adətən, arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Deyilənə görə, Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim inanclara görə, kainat su, od, yel, torpaqdan yaranıb.

Azərbaycanda bu il martın 5-da Od, martın 12-də Yel, martın 19-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli ölkəyə martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoymalıdır.

Multimedia

XS
SM
MD
LG