Fevralın 23-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.
Fevralın 23-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənir. Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təxmin edilir.
Nazirlik xəbərdarlıq edir ki, fevralın 25-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı təxmin olunur. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.