Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:45

Bakıda yağış, rayonlarda qar gözlənir


Yağış

Fevralın 15-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənir. Şimal-şərq küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 15-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG