Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:11

Vergi Ombudsmanı yaradılır


M.Cabbarov

Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib.

Bu barədə nazirliyin fevralın 14-də yaydığı məlumatda bildirilir.

İclasda deyilib ki, 2018-ci ildə vergi daxilolmaları 7 milyard 415 milyon manat təşkil etməklə 114 faiz yerinə yetirilib. Habelə vurğulanıb ki, dövlət büdcəsinə artıq ödəmələrin həcmi il ərzində 503.7 milyon manat və ya 21.4 faiz azaldılıb.

«Vergi yoxlamalarının sayının əvvəlki ilə nisbətən 3.4 dəfə azaldılmasına baxmayaraq, risklərin idarə edilməsi sistemi əsasında bir yoxlamaya düşən hesablamada iki dəfəyədək artım qeydə alınıb», - açıqlamada yazılıb.

Kollegiya iclasına yekun vuran Mikayıl Cabbarov 2019-cu ildə vergi orqanlarının qarşısında duran əsas məsələlərə toxunub. O bildirib ki, vergi sistemində şəffaflığın təmin edilməsi, rəqəmsal texnologiyalardan daha geniş istifadə olunması, vergi nəzarətinin, auditin keyfiyyətinin yüksəldilməsi və vergi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması əsas prioritet istiqamətlərdir.

Nazir əlavə edib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG