Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 09:13

45-ci olimpiya kompleksinin açılışı olub


İ.Əliyev

Prezident İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda daha bir neçə obyektin açılışına qatılıb.

Onlardan biri də Beyləqan Olimpiya İdman Kompleksi olub.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Nazir deyib ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb, tikintinin davam etdirilməsinə ümumilikdə 17.5 milyon manat vəsait ayrılıb.

İdman qurğusunun ümumi ərazisi 2.6 hektardır. 820 tamaşaçı yeri olan salonda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Bu, ölkədə istifadəyə verilən sayca 45-ci olimpiya idman kompleksi olub.

Prezident Beyləqana gedib

Fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev gördükləri işlər haqqında dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyev əvvəlcə Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da dövlət başçısına yolun göstəriciləri barədə məlumat verib.

«Bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14.6 milyon manat ayrılıb. Uzunluğu 20.5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb…», - deyə o qeyd edib.

Multimedia

XS
SM
MD
LG