Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 18:32

Bakıda külək, rayonlarda yağıntı gözlənir


Bakı bulvarı

Fevralın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Lakin yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 10-da Azərbaycanın bəzi rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 4-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG