Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Cənub zonasında yağış gözlənir


Yağış

Fevralın 6-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, mülayim cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 6-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Lakin Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı proqnozlaşdırılır. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG