Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Şiə zəvvarlara silahlı hücum olub


İraqda şiə zəvvarlar, arxiv fotosu

İraqda iranlı şiə zəvvarların olduğu avtobusa silahlı hücum edilib, azı səkkiz sərnişin və sürücü xəsarət alıb.

Avtobus fevralın 3-də Samirə (Samara) şəhərindən Bağdada gedirmiş. Bağdaddan 50 kilometr şimalda avtobusu naməlum silahlılar hədəfə alıb.

Yerli rəsmi AzadlıqRadiosu-na yaralıların hamısının xəstəxanaya aparıldığını bildirib. Onlardan altısı buraxılıb, üçünün durumu ağırdır.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

İraqda təhlükəsizlik şərtləri kövrək olaraq qalır. Əvvəllər sünni yaraqlılar şiə müsəlman sakinlərə və zəvvarlara hücumlar təşkil ediblər.

2017-ci ilin sentyabrında azı üç intiharçı Samirədə dövlət zavoduna hücum edib, yeddi nəfəri qətlə yetirib, bir neçə nəfəri yaralayıb. Bu hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

İraqın Səlahəddin vilayətində yerləşən Samirə Bağdaddan 110 kilometr şimaldadır.

Bu şəhərdə İraqın böyük təhlükəsizlik qərargahı və bir şiə məbədi yerləşir.

XS
SM
MD
LG